BURNU DİK (YUXARI) GƏZMƏK
BURNU GÖYLƏ GETMƏK
OBASTAN VİKİ
Yerə Oxşarlıq İndeksi
Yerə Oxşarlıq İndeksi (abbr. YOİ; ing. Earth Similarity Index abbr. ESI) — bir planetin və ya peykin Yerə fiziki oxşarlığı göstərən vahid. Bu sıfırdan birə qədər şkaladır, və bu şkalada Yerin dəyəri sıfırdır. YOİ planetlərin və ya peyklərin radiusunun, sıxlığının, porabula sürətinin və yerüstü temperaturunun funksiyasıdır. == Düsturu == E S I = ∏ i = 1 n ( 1 − | x i − x i 0 x i + x i 0 | ) w i n {\displaystyle ESI=\prod _{i=1}^{n}\left(1-\left|{\frac {x_{i}-x_{i_{0}}}{x_{i}+x_{i_{0}}}}\right|\right)^{\frac {w_{i}}{n}}} x i {\displaystyle x_{i}} - planetin xassələri (məsələn, yerüstü temperaturu); x i 0 {\displaystyle x_{i_{0}}} - xassə üçün uyğun yerüstü əsas dəyəri (məsələn, 288 K); w i {\displaystyle w_{i}} - xassə üçün çəki göstərici; n {\displaystyle n} - planetar xassələrin tam sayı.
Yerə birləşdirmə, torpaqlama
Yerləndirmə (torpaqlama) — şəbəkənin, elektrik qurğusunun və ya avadanlığın hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə əlaqələndirilməsidir. Əsas xassələri ondan ibarətdir ki, yerləndirici qurğu yerlə kontakta girərək onunla elektrik birləşməsi yaradır. Bu qurğu elektrik cərəyanını yerə ötürməyə xidmət edir. == Yerləndirici qurğular == Elektrotexnikada yerləndirici qurğuları təbii və süni olaraq iki qrupa bölürlər. === Təbii yerləndirici === Təbii yerləndirməyə aid olan konstruksiyalar yerlə daimi kontaktda olurlar. Ancaq onların müqaviməti tənzim olunmadığından və onların müqavimətinə heç bir tələb qoyulmadığından təbii yerləndirmənin konstruksiyalarını elektrik avadanlıqların yerləndirməsində istifadə etmək olmaz. Təbii yerləndiricilərə boruları misal göstərmək olar. === Süni yerləndirici === Süni yerləndirmə elektrik şəbkəsinin, elektrik qurğu və avadanlığının hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə məqsədli olaraq elektrik əaqləndirilməsidir. Yerləndirici qurğu (YQ) yerləndirici (yerlə bir başa və dolayı yolla əlaqədə olan keçirici hissə və ya bir-biri ilə əlaqələndirilmiş keçirici hissələr tolumu) və yerləndirməli olan hissəni yerləndirici ilə birləşdirən (yerləndirici) naqildən ibarətdir. Yerləndirici sadə metal içlik şəklində (çox vaxt polad, nadir hallarda mis) və ya xüsusi formalı mürəkkəb elementlərdən hazırlanır.
Nahaq yerə, Titanın qəzası (roman)
Nahaq yerə, Titanın qəzası (ing. Futility, or the Wreck of the Titan) — 1898-ci ildə, qısa hekayələr və romanlar müəllifi, amerikan yazıçı, Morqan Robertson tərəfindən yazılmışdır. Əsərdə Titan adlı bir gəminin Atlantik Okeanında (Şimali Atlantik) buz dağına çırpılaraq sulara qərq olmasından bəhs olunur. Əsərdəki Titan gəmisi, 14 il sonra yəni 1912-ci ildə batan əfsanəvi Titanik gəmisi ilə inanılmaz bənzərlik təşkil edir.Morqan Robertson bu əsərlə uğur qazanmır və kitab satılmır. Bu əsərdən sonra uğursuzluq onu buraxmır və digər yazdığı əsərlər heç vaxt maraq doğurmur. Bu səbəbdən böyük stress keçirərək psixoloji müalicə alır. Uğursuz bir yazar olaraq, 1915-ci ilin mart ayında bir otel otağında ayaq üstə keçirdiyi ürək tutmasından dünyasını dəyişir. Titanikin batışından 3 il sonra dünyadan köçsə də heç kəs onun bu əsərini yada salmamış və maraq göstərməmişdi. == Əsərin qısa məzmunu == Əsərdə böyük bir gəmi təsvir olunur və heç vaxt batmayan bir gəmi adlandırılır. Gəmi İngiltərədən ABŞ-a doğru yol alacaqdır.
Simnarın Xavərnaq qəsrindən yerə atılması
Simnarın Xavərnaq qəsrindən yerə atılması - Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında təsvi edilmiş səhnə əsasında Mirzə Əli tərəfindən çəkilmiş rəsm əsəridir. == Mövzu == Nizaminin “Yeddi gözəl” poemasında Bəhramı tərbiyə edən Yəmən hökmdarı Neman Bəhrama bürcləri aya yüksələn, əfsanəvi gözəlliyə malik bir qəsr tikdirir. Qəsrin divarına gün düşəndə göz qamaşdırır. Qəsr gecə-gündüz üç rəngə düşürdü – göy, ağ və sarı. Xavərnaq qəsrinin memarı Simnar zəhməti müqabilində çoxlu mükafat alır. Bu mükafatdan sevinən memar ehtiyatsızlıq edərək deyir: Simnarın bu sözündən sonra şah ehtiyat edir ki, o, pul gücünə başqa padşaha Xavərnaq qəsrindən daha gözəl qəsr tikə bilər. Odur ki, memarı ucaltdığı qəsrin bürcündən yerə atmağı əmr edir. Beləliklə, Simnar zəhmətinə qarşı mükafat əvəzinə həyatını qurban verir. == Təsvir == Simnarın yerə atılması süjeti dağ və ağaclıq fonunda təsvir olunmuşdur. Miniatürdə Simnarın faciəsi ilə əlaqədar həyəcan və təşviş sezilir.
Abram burnu
Abram burnu (rus. Варничный) — Barens dənizinə daxil olan Kola körfəzinin qərb sahillərində yerləşən burun. Murmansk şəhərinin mərkəzi hissəsində yerləşir. Burun yaxınlığında eyni adlı qəsəbə vardır. Burunda dəniz limanına aid tikililər vardır. Sərnişin gəmilərini qəbul edən priçal isə 2010-cu ildən fəaliyyətini dayandırmışdır. Burunun cənub hissəsindən körfəzə Varyajski axarı tökülür. == Ədəbiyyat == Абрам-мыс // Кольская энциклопедия. В 5 т. Т. 1.
Ader burnu
Ader burnu — Şərqi Antarktidada, Viktoriya Torpağının şimal-şərqindəki yarımada və burun. == Ümumi məlumat == Ader burnu Ross dənizinin Cənub okeanından ayıran bir ərazidir. Yarımadanın daxilinə doğru irəllədikcə Admiralti dağları yüksəlir. Ader Antaraktidanın ilk təqiqatı zamanı əlverişli və vacıb eniş sahəsi hesab olunurdu. Bir çox əsas düşərgələr bu ərazidə qurulmuşdur. Sahildən şimal-şərqə doğru Ader sualtı dağları uzanır. == Tarixi == Ader burnu ilk dəfə 1841-ci ilin yanvarında kapitan Ceyms Ross tərəfindən kəşf edilmiş və dostu Adarın şərəfinə belə adlandırmışdır. Adar adı İrlandiyanın Ader şəhərindən götürülüb. 1895-ci ildə norveç tədqiqatçıları Henrik Bull və Karsten Borxqrevnik Antarktik gəmisi ilə Ader burnuna yan aldılar. Bu hadisə həm də, Antarktida torpağına ilk rəsmi ayaq basma kimi tarixə düşdü.
Adsız burnu
Adsız burnu — Novxanı qəsəbəsi Sarıqaya yaşayış massivinin Xəzər dənizi sahilində yerləşir. Burun sahilləri balıqqulağı və dəniz qumları ilə örtülüdür. Burada Novxanı çimərliyi yerləşir. Sahil boyunca dalğavari şəkildə dayazlıqlar bir-birini əvəz edir.
Afrika burnu
Afrika burnu — Kamçatski yarımadasında yerləşən burun. Kamçatka yarımadasının ən ucqar şərq qutaracağı. Afrika burnunda mayak fəaliyyət göstərir. Ətrafında isə elə də böyük olmayan yaşayış məskəni vardır ki, onunda 10 nəfər əhalisi vardır. Burnu ilk dəfə 1882-ci ildə «Afrika» kreyserinin zabitləri kəşf etmişlər. Gəminin şərəfinə isə buruna bu cür ad vermişlər. == Mənbə == Siz Kamçatka Afrikasında olmusunuz?
Akkani burnu
Akkani burnu — Çukot yarımadası sahillərində yerləşən, Berinq dənizinə daxil olan Meçiqmen buxtası ilə yuyulan burun. İnzibati cəhətdən Çukot Muxtar dairəsinin Çukot rayonu ərazisinə daxildir. çuk. Ыкынин sözündən əmələ gəlmişdir. Mənası «soyuq» anlamındadır. Digər versiyaya görə isə «yeddi yurt» mənasını verir. Burun yaxınlığında morj yatağı vardır. == Akkani qəsəbəsi == Burnun şimal-şərqində dəniz məməliləri ovlayanlar tərəfindən salınmış qəsəbə vardı. 1960-ci illərdə burada 150 nəfər yaşayırdı. 1978-ci ildə sakinlər Lorinoya köçürlər.
Akritas burnu
Akritas (yun. Ακρωτήριο Ακρίτας) — Yunanıstanda, Peloponnes yarımadasının cənub-şərq qutaracağı və Messeniyanın cənub ucunu təşkil edən burun. Peloponnesenin cənub hissəsində Lıkodimon dağının cənub tərəfində meydana gəlmişdir. Peloponnes perferiyasının Messinya periferik vahidliyində, Pilos-Nestor cəmiyyətində, Koronidən 7 mil və Kalamatadan 21.5 mil məsafədə yerləşir. Bitki örtüyündən məhrumdur və İnuse və Avqo qayalı adaları ilə əhatə olunmuşdur. Qərbdən İon dənizinə aid olan Mesiniakos körfəzinə girişi məhdudlaşdırır. Tenaron burnu isə onu şərqdən əhatələyir. Qərbdən yüksək məsuldarlığı ilə seçilən Makariya adlandırılan düzənliklə həmsərhəddir. Düzənlik Pamisos çayı ilə suvarılır. Strabon Akrit və Pavsani isə onu Akrita kimi qeyd etdir.
Alava burnu
Alava burnu (ing. Cape Alava) — Sakit okeanın Amerika sahillərində yerləşən burun. Burun Olimpik yarımadasında yerləşir. Üstəlik Olimpik Milli parkı ərazisinə daxildir. İnzibati baxımından Vaşinqton ştatının Klellam dairəsinə daxildir. Alava burnu ABŞ-nin materik hissəsi ən ucqar qərb nöqrəsi hesab edilir. Ancaq Olimpik yarımadasının sahilləri güclü şəkildə erroziyaya məruz qalır. 1990-cı illərdə 48 şatatın ucqar qərb nöqtəsi Oreqon ştatında yerləşən Blanko burnu olmuşdur. Burun öz adını ispan qrandası olmuş Xose Manuelı de Alavanın adından almışdır.
Aleut burnu
Aleut burnu — Rusiya, Primorsk diyarı ərazisində yerləşən burun. == Adı == Burun öz adını 7 noyabr 1877-ci ildə Yaponiya sahillərində qəzaya uğramış «Aleut» şxunundan almışdır. == Coğrafiya == Burun Minonosok buxtasının cənub-şərqində yerləşir. Böyük Pyotr körfəzi, Poset körfəzinin qərbində yerləşən Reyd Pallada buxtasına doğru uzanır.
Almadi burnu
Almadi burnu (fr. Pointe des Almadies) — Yaşıl burun yarımadasının qutacağında yerləşir. Afrika materikinin qərb qutacağıdır. Seneqal ərazisində yerləşir. == Tarixi == VII - VI əsr b.e.ə Finikiyalılar ərazidə olmuşlar. Avropalılardan isə ilk olaraq portuqaliyalı dənizçi Diniş Diaş 1444-ci ildə ərazidən keçmişdir ( bəzi mənbələrdə 1445 il).
Amadok burnu
Amadok burnu (Nos Amadok \'nos a-ma-'dok\) — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Bransfild boğazı sahillərindən cənubda yerləşən burundur. Burun buzlaqlardan azaddır.Burun E.ə 415-384-cü illərdə Frakiya hökmdarı olan Amadokun adını daşıyır. == Yerləşməsi == Burun Elefant burnundan 2 km şimal-qərbdə, Klark nunatakından 1.8 km cənub-şərqdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov. Antarctica: Livingston Island and Greenwich, Robert, Snow and Smith Islands.
Astafev burnu
Astafev burnu — Naxodka buxtasının şərq girişində, Trudnı yarımadası sahilində yerləşən burun. Burun 1859-cu ildə kəşf edilmiş və xəritəyə salınmışdır. 1860-cı ildə isə «Amerika» gəmisinin şturmanı Yakov Astafevin şərəfinə adlandırılmışdır. Burun Naxodka şəhərinin eyni adlı mikrorayonunda, Astafev küçəsində yerləşir. Burun ərazisində Astafev bur stansiyası, Naxodka dəniz ticarət limanı, Astafev terminalı, Noxodka körfəzinə nəzarət edən radiotexniki post, 19 m hündürlüyə malik mayak, sərhəd qoşunlarına aid zastava və gəmilərin dayanacaq məntəqəsi yerləşir. Yarımadanın şərq hissəsində, açıq dənizə baxan ərazidə çimərlik vardır. Astafev stansiyası Moskvadan ən uzaqda yerləşən sərnişin stansiyasıdır. Burundan 800 m aralıda batmış gəmi vardır. == Tarixi == Burun 1860-cı ildə rus hidroqrafı, «Amerika» korvetinin şturmanı Yakov Astafevin şərəfinə adlandırılmışdır. 1859-cu ildə Naxodka buxtasını ilk kəşf edənlər burada koreyalılara aid qəsəbə və kişik qayıqların yan alması üçün sal müəyyən edirlər.
Avropa burnu
Avropa burnu (ing. Europe Point, isp. Punta Europa) — Cəbəli-Tariqnin cənubunda yerləşən burun. Burunda hərbi istehkam, dini tikili və Stanislav Sikorskinin memorialı yerləşir. Yarımadanın şərqi boyunca Dadli Uort tuneli keçir.
Ayya burnu
Ayya (ukr. Айя, yun. Άγια, krımtat. Ayya, Айя) — Ukraynada, Krımın cənub sahilində, Balaklavanın cənub-şərqində, 13 kilometr uzunluğunda sahil burunu. Ərazi Sevastopolun Balaklavski rayonunun bir hissəsidir. Ayya burnu Krımın cənub sahillərini qərbdən məhdudlaşdırır. Burunun adı yunanca "aios" (άγιος – müqəddəs) sözündəndir. Ehtimal olunur ki, yunanlar bu yerləri müqəddəs hesab etmiş və öz əcdadlarını burada dəfn etmişlər. == Ədəbiyyatda və incəsənətdə == Bəzi tədqiqatçılar hesab edirlər ki, Ayya burnu qədim yunan və Roma coğrafiyaçılarının haqqında bəhs etdiyi əfsanəvi Kriumetopondur. Burun "Ayya burnunda fırtına" (1875) rəsm əsərində rəssam İvan Ayvazovski tərəfindən təsvir edilmişdir.
Baba burnu
Baba burnu (türk. Bababurnu) — Türkiyənin Kiçik Asiya yarımadasının şimal-qərbində yerləşir. Sahillərini Egey dənizinin suları yuyur. Burun Asiya qitəsinin ucqar qərb nöqtəsini təşkil edir. == Tarixi == 31 may 1828 il. Baba burnu döyüşü zamanı Yunanlar tərəfindən iki Osmanlı korveti babatırılmışdır. 8 mart 1915 ildə Baba burnundan alman minadaşıyan «Teymur-Hissar» keçmişdir. 19 dekabr 1941 burun yaxınlığında «Varlan Avanesov» gəmisi Qara dəniz Uzaq şərq maşrutu üzrə hərəkət edərkən qəzaya uğramışdır.
Baklaniçnı burnu
Baklaniçnı burnu (ukr. Бакланічний) — Kerç yarımadasının ucqar şimal-şərqində, Leninski rayonu ərazisində yerləşir. Osovinı kəndindən şərqdə, Azov dənizi sahillərində qərarlaşır. Sahillərində su altı və üstü daşlar müşahidə edilir. Xroni burnundan cənub-şərqdə, Qolubinnı (şimal) və Borzovka burunları yaxınlığında yerləşir. Burun boyunca sərt örtüklü yol gedir.
Baliya burnu
Baliya burnu — Antarktidanın Palmera arxipelaqının Lej adası sahillərindən cənubda yerləşən burundur. Burun Beripara buxtasından cənubda yerləşmişdir. == Yerləşməsi == Makleod burnundan 4.75 km şimal-şərqdə, Leşko burnundan 2.45 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60. Directorate of Overseas Surveys, UK, 1978. Antarctic Digital Database (ADD). Scale 1:250000 topographic map of Antarctica.
Batuliya burnu
Batuliya burnu (bolq. нос Батулия, ‘Nos Batuliya’ \'nos ba-'tu-li-ya\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şərqdə yerləşən buzlaqlardan azad olan burundur. Burun Tsepina buxtasından cənubda yerləşmişdir.Burun Bransfild boğazından 550 m aralıda, Robert burnundan 5.4 km cənub-şərqdə, Sadala burnundan 3 km şiaml-şərqdə, Kitçen burnundan 1.9 km cənubda yerləşmişdir. Burun qərbi Bolqarıstanda yerləşən Batuliya şəhərinin adını daşıyır. == Yerləşməsi == Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Bayron burnu
Bayron burnu (ing. Cape Byron) — Avstraliya materikinin ucqar şərq nöqtəsidir. Burun ilk dəfə Ceyms Kuk tərəfindən onun yaxınlığından 15 may 1770-ci ildə keçərkən adlandırmıışdır. O, burnu Britaniya donanmasının admiralı Con Bayronun şərəfinə adlandırmişdir. Con Bayron dünya dövr səyahətini «HMS Dolphin (1751, Delfin)» gəmisində 1764—1766 illərdə həyata keçirmişdir.
Bayıl burnu
Bayıl burnu — burun olaraq Abşeron yarımadasının cənub-qərbində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri, Səbail rayonu ərazisinə daxildir. Burun Bakı buxtasındadır. Bayıl mayakı burada yerləşir.
Benoa burnu
Benoa burnu həmçinin Tacunq-Benoa (ind. Tanjung Benoa) — İndoneziyaya məxsus olan Bali adasının cənub hissəsində yerləşən burun. Adanın istirahət-turizm bölgələrindən biridir. Burunun sahəsi 5,24 km² təşkil edir. Burun ərazisi Tacunq-Benoa inzibati vahidliyinə daxildir. Burada iki kənd yerləşir. Kəndlərin hər ikisində ümumilikdə 5463 nəfər yaşayır. == Coğrafi yerləşməsi == Burun Bali adasının cənubunda yerləşən Bukit yarımadasının bir hissəısini təşkil edir. Öz növbəsində dənizin daxilinə uzanan bir qumlu dili xatırladır. Burunun ərazisi cənubdan şimala istiqamətlənir.
Berinq burnu
Berinq burnu (çuk. Энмыльын, esk. Ынмылин) — Çukot yarımadası şərq sahillərində yerləşən, Berinq dənizinin suları yuyulan burun. İnzibati cəhətdən Çukot Muxtar Rayonunun Providenski rayonu ərazisinə daxildir. Anadır körfəzinin şimal-şərqində qərarlaşır. 402 metr hündürlüyə malikdir. 2,5 km aralıda isə Enmelen kəndi yerləşir. Çukca dilində çuk. Энмыльын — «Qayalı» mənasını verir. Burun ilk dəfə Fyodor Litkenin 1828-ci ildə təkil etdiyi dövrü aləm səyahəti zamanı kəşf edilmişdir.
дебарка́ция уто́рник бараба́шка зама́сленный молчко́м нейтрали́стский рабовладе́лица свежева́то скромнёшенький стрека́ться чо́новец гарпиус anastigmatic back-piece bear animalcule cavatina dissolutely improbability masked ration-card аэровокзал дуть норд осадочный сухорукий